Bakıda "Mercedes" 26 yaşlı oğlanı vurub öldürdü

Ötən gecə Bakının Nizami rayonunda piyadanı avtomobil vurub. APA TV-nin xəbərinə görə, Qara Qarayev prospektində baş vermiş hadisənin yolun qaranlıq olması səbəbindən meydana gəldiyi deyilir. Müəyyən edilib ki, paytaxt sakini, 26 yaşlı Babayev Nicat Arif oğlu yolu keçmək istəyərkən yaxınlaşmaqda olan "Mercedes" markalı avtomobilə fikir verməyib və onun zərbəsinə tuş gəlib. Ağır bədən xəsarətləri alan Nicat Babayev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Açıq kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya gətirilən Nicatın xəsarətlərinin ağır olduğu bildirilir.

 

Yol qəzasının təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Artıq fakt üzrə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv