Masallıda aptek yandı, sahibi 20 min manat ziyana düşdü


Masallıda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə fevralın 19-da saat 21 radələrində şəhərin 20 Yanvar küçəsində yerləşən aptekdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 60 kvadratmetr olan aptekin 40 kvadratmetr ərazisi içindəki dərman pereparatları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. İlkin hesablamalara görə, aptekin sahibi olan Əhməd Rüstəm oğlu Zamanova təxminən 15-20 min manat məbləğində maddi ziyan dəyib.

 

Hadisənin səbəbləri aparılan ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv