Peşmərgələr İŞİD-in “paytaxtı”na yaxınlaşır

Suriyadakı kürd könüllü silahlı dəstələri Rakka əyalətinin – İŞİD terror qruplaşmasının nəzarətindəki ən mühüm bölgənin sərhədlərinə yaxınlaşıb. APA TV-nin xəbərinə görə, bu barədə Britaniyada yerləşən insan haqları üzrə Suriya monitorinq mərkəzi məlumat yayıb.

 

Hüquq müdafiəçilərinin məlumatına görə, kürd birləşmələri və yerli silahlı qruplaşmalar “xilafət”in paytaxtı sayılan Rakkayadək 20-yə yaxın kəndi azad ediblər.

 

Qeyd edək ki, kürd silahlı birləşmələri yanvar ayında ABŞ başda olmaqla koalisiya qüvvələrinin aviasiya zərbələri hesabına Kobani şəhərini azad etdikdən sonra cənub istiqamətdə hərəkətə keçib.

 

Müəllif | Apa.Tv