Bakıda qadın məsləhətxanasında ölüm hadisəsi baş verib

Bakıda qadın məsləhətxanasında ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Xətai rayonu Vunq Tau küçəsi 13 ünvanında yerləşən 10 saylı Qadın Məsləhətxanasında qeydə alınıb.

 

Abort olunmaq üçün məsləhətxanaya gələn Bakı sakini, 1983-cü il təvəllüdlü Günəş Cəmil qızı Ustayeva abort masasına  çıxmamış dünyasını dəyişib.

 

İlkin məlumata görə, G. Ustayeva üzərində abort keçirilməsinə anası tərəfindən məcbur edilsə də, son anda buna razı olmayıb.

 

10 saylı Qadın Məsləhətxanasının baş həkimi Gülnarə Həsənova  APA-ya faktı təsdiqləyib.

Müəllif | Apa.Tv
Apa.tv