İŞİD-dən daha bir vəhşilik: meyitləri küçələrdə sürüdülər

İŞİD terrorçuları daha bir dəhşətli edam aktını həyata keçirib. Bu dəfə terrorçular edama məhkum etdikləri 3 hərbçini yerli əhaliyə öldürtdürüb. Hadisə İŞİD-in "paytaxtı" olan Suriyanın Rakka şəhərində baş verib. Sosial mediada yayılan videodan görünür ki, şəhərin ortasında kütlə 3 suriyalı hərbçini sopa, daş və təpiklə öldürür.

 

Edamdan öncə bir imam əsirlərin "günahını" elan edir. Daha sonra İŞİD tərəfdarları əsgərləri öldürürlər. Hərbçilərin meyitlərini motosikletin arxasına bağlayaraq, şəhərin küçələrində sürüyürlər.

 

Qeyd edək ki, terrorçular Rakka şəhərini paytaxt elan ediblər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı