Sabirabadda məktəbə narkotik aparan şagird və onun atası tutulub

Sabirabadda narkotik vasitə satan ata və oğlu həbs edilib. Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayon sakini, 11-ci sinif şagirdi, 1998-ci il təvəllüdlü Əliyev Cavidan Cabir oğlundan narkotik götürülüb. O, təhsil aldığı Nizami adına məktəbin qarşısında olarkən üzərindən 26,28 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində atası Əliyev Cabir Əliabbas oğlunun yaşadığı ünvana baxış keçirilərkən oradan müxtəlif yerlərdə gizlədilmiş 10,19 kiloqram qurudulmuş marixuana aşkar edilib. Ata və oğul saxlanılıb.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı