Sabah Bakıda qar yağacaq, güclü şimal küləyi əsəcək

Fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında da hava şəraitinin arabir fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

  

Müəllif | Apa.Tv
Apa.tv