Yaqub Mahmudov: "Azərbaycan xalqı tarixdən dərs almalıdır"

"Azərbaycan xalqı yumruq kimi birləşərək tarixdən ibrət dərsi almalıdır ".

APA TV-nin  xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan iclasda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, bu günə kimi azərbaycanlılara qarşı törədilən soyqırımlarını dünyaya tanıtmaq üçün bütün tarixi faktları ortaya qoymaq və gerçəkləri bölüşmək lazımdır: "Vətən içində müxalifət olmaz. Bu gün bütün vətəndaşlarımız vətən Qarabağdır. O vətəndən düşmən qovulub, məhv edilib, çıxarılmalıdır". 

 

Ermənilərin işğalçılıq siyasətini davam etdirdiklərini qeyd edən alim düşmənin qanlı cinayətləri barədə dünya ictimaiyyətinə daha ətrafı məlumat çatdırılmasının zəruriliyini vurğulayıb. Bunu üçün də İnstitut tərəfindən tarixi faktları əks etdirən kitablar nəşr olunaraq dünyanın 15 dilinə tərcümə edilib. Eyni zamanda soyqırımına məruz qalan ərazilərin institut tərəfindən xəritəsi və atlası hazırlanıb.

Müəllif | Apa.Tv