Lamiyə Quliyeva azadlığa buraxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti təmin edib və Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.

 

1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Lamiyə Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

 

L. Quliyeva bir müddət əvvəl ana olub.

Müəllif | Apa.Tv
Apa.tv