Bakıda "Jiquli" ilə"BMW" toqquşdu: 1 yaralı

Ötən gecə Bakının Nərimanov rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Ziya Bünyadov prospektdinə qeydə alınıb. Qəza zamanı "VAZ 2106" və "BMW" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü yüngül bədən xəsarətləri alıb. Hadisəyə səbəb kimi "VAZ 2106"nın sürücüsünün idarəetməni itirməsi göstərilir. O, idarəetməni itirərək maşını əvvəlcə "BMW"yə daha sonra isə beton plitələrə çırpıb. Qəzadan sonra xəsarət alan sürücü 1 saylı kliniki xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv