ABŞ-da görünməyən şaxtalar: 23 nəfər öldü, hava limanları işləmir

ABŞ-ın şərqində şaxtalı hava şəraiti 23 nəfərin  ölümünə səbəb olub. APA TV-nin "CNN" telekanalına istinadən verdiyi məlumata görə, ölənlərin 18-i Tennessi ştatının sakinidir. Qeyd olunur ki, onlardan bəziləri yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirib, əksəriyyəti isə donub. Noks bölgəsində bir binada istilik qızdırıcalarından düzgün istifadə edilməməsi yanğına səbəb olub, bir neçə nəfər yanaraq ölüb. Tennessi ştatının 3 minə yaxın sakini əlverişsiz hava şəraiti ucbatından elektrik enerjisi ilə təmin oluna bilmir. Bir neçə ştatda temperatur mənfi 40 dərəcəni göstərir. Şaxtalı hava şəraiti nəqliyyat sistemini də iflic edib. 2 min 600-dən çox hava reysi baş tutmayıb. 

Müəllif | Apa.Tv
Apa.tv