İçki məclisi qanlı sonluqla bitdi: 28 yaşlı şəxs bıçaqlandı

Gecə saatlarında paytaxtın Xətai rayonu NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Keşlə qəsəbə sakini  28 yaşlı Elmar Musayev kafelərin birində yeyib-içdikdən sonra tanımadığı şəxslə mübahisə etməyə başlayıb. Nəticədə Elmar Musayev   hələlik adı istintaqa məlum olmayan şəxs  tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən iki  bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə 3 saylı kliniki tibbi mərkəzə çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Xəstəxanadan  verilən məlumata görə,  hazırda yaralının vəziyyəti orta ağırdır. Xətai  Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin  əməkdaşları bıçaqlanan Elmar Musayevin ilkin izahatını aldıqdan sonra  dərhal  cinayəti törədərək hadisə yerindən qaçan  şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. 

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv