Gürcüstan vətəndaşından silah, civə və narkotik götürüldü
Balakəndə Gürcüstan Respublikasının vətəndaşından narkotik maddə və tapança götürülüb. Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Tədbir nəticəsində 1971-ci ildə Gürcüstanın Loqodexi rayonunda anadan olan, hazırda Balakən şəhərində yaşayan Ziyadxan Cəlal oğlu Əllazov Balakən şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb. Ziyadxan Əllazovun üzərinə baxış zamanı ondan 1,5 qram çəkidə narkotik vasitə hesab olunan tiryək və bir ədəd baraban tipli tapança aşkar olunaraq götürülüb. Ziyadxan Əllazovun yaşadığı evdə aparılan əməliyyat zamanı 2,3 qram civə maddəsi aşkar olunub. Götürülmüş vəsait maddi sübut kimi istintaqa verilib.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.