Azərbaycanda AVRO 30 qəpik bahalaşdı - RƏSMİ

Azərbaycan Mərkəzi bankının fevralın 21-nə olan rəsmi məzənnəsinə əsasən, 1 avro 1,1950 manat səviyyəsində qərarlaşıb. “APA-Economics”in məlumatına görə, bu göstərici ötən gün ilə müqayisədə 30 qəpik və ya 33,8% artım deməkdir. Bivalyuta səbətində yer alan avronun kursu məzənnə siyasəti dəyişildiyi gündən isə avro manatla nisbətdə 33,3% möhkəmlənib. Ümumilikdə, AMB-nin məzənnə siyasətini dəyişdiyini elan etdiyi gündən, yəni fevralın 16-dan etibarən dollar manata qarşı 26 qəpik və ya 33,9% bahalaşıb.

Müəllif | Apa.Tv
Apa.tv