Lənkəranda xanım sürücünün maşını belə yandı - REAL GÖRÜNTÜLƏR
Lənkəranda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Digah kəndi ərazisndən keçən hissəsində qeydə alınıb. Davudova soyadlı qadının idarə etdiyi “Mercedes” markalı minik avtomobili qəfildən alışaraq yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğın lokallaşdırılıb. Xoşbəxtlikdən sürücü hadisə yerini vaxtında tərk etdiyindən yanğından xəsarət alan olmayıb. Bununla belə, minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb. İlkin versiya kimi hadisənin avtomobilin mühərrik hissəsində elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq təfərrüatları həyata keçirilən avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.