Siyəzəndə və Xaçmazda ağır qəzalar: yaralılar var

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qəza qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan “Qaz 24” markalı avtomobil idarəetməni itirərək yolun ortasındakı dəmir maneəyə dəyib. Bu zaman arxadan gələn “Niva” markalı avtomobil qəzaya uğrayan “Qaz 24”-lə toqquşub. Daha sonra eyni istiqamətdə hərəkətdə olan 34 yaşlı Qusar rayon sakini İsmayıl Əliyevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi də “Qaz 24”-ə çırpılıb. Nəticədə “Niva”nın sürücüsü 56 yaşlı Bakı şəhər sakini İbadulla İdrisov və “Mercedes”in sərnişini 28 yaşlı Yevlax rayon sakini Fuad Əfəndiyev müxtəlif xəsarətlər alaraq  xəstəxanaya aparılıblar  İlkin ehtimala görə, qəza yağıntılı hava şəraitinə uyğun sürət həddinin seçilməməsi səbəbindən baş verib. Digər bir qəza isə   Xaçmaz-Quba avtomobil  yolunun Xaçmaz rayonunun Arzu qəsəbəsi ərazisində keçən hissəsində  qeydə alınıb.   Quba istiqamətində hərəkətdə olan 35 yaşlı Şirvan rayon sakini Vəkalət Hüseynovun idarə etdiyi 99 GO 716 dövlət nömrə nişanlı “Qaz 24” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı avtomobil yararsız vəziyyətə düşsə də, xoşbəxtlikdən sürücü xəsarət almayıb. O, avtomobildə tək olub. Qəzaya qarlı hava nəticəsində yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vəli Turan