Salyanda dəhşətli qəza: 5 ölü
Ələt-Astara yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-də axşam saatlarında Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində Lənkəran rayonu Xolmilli kənd sakini, 1958-ci il təvəllüdlü Əliyev Zahid Məmmədağa oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 07-BC-315 dövlət nömrə nişanlı avtomobil Astara rayon sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Elnur Ənvər oğlunun idarə etdiyi MAZ markalı, 10-OR-908 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Nəticədə “VAZ-2106 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - Lənkəran rayonu Xolmilli kənd sakinləri - 1958-ci il təvəllüdlü Əliyev Talıb Əli oğlu, 1958-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlu, 1958-ci il təvəllüdlü Yaqubov Heydər Əhməd oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Səidə Mübariz qızı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.