Cəlilabadda iki avtomobil toqquşub, 80 yaşlı sürücü ölüb
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon sakini, 25 yaşlı Cavidan Ramazan oğlu Muxtarovun idarə etdiyi “Opel” markalı minik avtomobili Cəlilabad rayonunun Muğan kənd sakini, 80 yaşlı Qulamhüseyn Əlihüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil ciddi zədələnib, “VAZ-2107”-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qəzanın yolun qarlı olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.