Bakıda havanın hərarəti 8 dərəcəyə çatacaq

Fevralın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə,  gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun mərkəzi Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Müəllif | Apa.Tv
Apa.tv