Bu gün Azərbaycanda ard-arda 3 zəlzələ qeydə alınıb

Bu gün ölkə ərazisində ardıcıl olaraq 3 zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən xəbərə görə, səhər saatlarında  Xəzər dənizində baş verən yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 54 km olub. Daha sonra Şəmkir və Qəbələdə də zəlzələ baş verib. Qəbələdə zəlzələ saat 11:57-də Qəbələdən 20 km şimal-şərqdə qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.

Saat 12:04-də isə Şəmkir rayonu ərazisində, Gəncədən 31 km şimali-qərbdə  zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.3, dərinliyi 9 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

Müəllif | Apa.Tv
Apa.tv