Şirvanda 6 otaqlı ev yanıb

Şirvanda 6 otaqlı ev yanıb. Yanğın hadisəsi bu gün səhər saatlarında 1971-ci il təvəllüdlü Feyzullayev Elşən Zəlimxan oğluna məxsus Şirvan şəhəri Çəmənzəminli küçəsi ev 61 ünvanında yerləşən 1mərtəbəli, 6 otaqlı fərdi yaşayış evində baş verib. Hadisənin elektrik enerjisinin qısa qapanmasından baş verdiyi güman edilir. Ümumi sahəsi 108 kv.m olan mənzil 55 kv.m sahədə yanıb. Yanğının söndürülməsinə Şirvan Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı