Göyçayda avtomobil 82 yaşlı piyadanı vurub öldürdü

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş veribAPA TV-nin yerli bürosunun xəbərinə görə hadisə, fevralın 22-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 213-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” markalı minik maşını yolu keçən piyadanı, Qarabaqqal kənd sakini, 1933-cü il təvəllüdlü Məhərrəmov Soltan Əhməd oğlunu vurub. Avtomobilin sürücüsü S.Məhərrəmovu xəstəxanaya çatdırıb. Lakin xəsarəti ağır olan 82 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov