İtkin düşmüş şəxsin meyiti Kürdən tapılıb - YENİLƏNİB

Mingəçevir sakinin meyiti Kür çayından tapılıb. APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 22-də Kür çayının Mingəçevir şəhərin ərazisindən keçən hissəsində şəhər sakini Hətəm Ağayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Araşdırmalar zamanı Hətəm Ağayevin fevralın 10-dan itkin düşmüş şəxs kimi axtarışda olması müəyyən edilib.

 

Mingəçevir şəhərindəki mənzillərdən birində də meyit aşkarlanıb. Şəhər sakini 1924-cü il təvəllüdlü Sofiya Rışkovanın bayıra çıxmadığını, mənzilin qapısının içəridən bağlı olduğunu görən qonşular polisə bu barədə məlumat veriblər. Mənzilə baxış keçirilərkən qadının meyiti tapılıb. Yaxınlarının dediyinə görə, yaşlı qadının səhhətində problemlər  olub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə aparılıb. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov