Gəncədə avtomobillə vurulan piyada ölüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə fevralın 23-də günorta saatlarında qeydə alınıb. Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Elvin Sabir oğlu Həsənov idarə etdiyi “VAZ 2105” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 52 yaşlı Natiq Mirzəyevi vurub. Yaralı ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, qəza zamanı sürücü E. Həsənov da bədən xəsarətləri alaraq  xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli