Yasamalda zəncirvari qəza olub

Ötən gecə paytaxtın Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza rayonun İnşaatçılar prospektində qeydə alınıb. Adıçəkilən prospektlə hərəkət edən "Toyota" markalı minik avtomobilinin sürücüsü anidən idarəetməni itirib. Nəticədə maşın qarşıdakı "Nissan"a çırpılıb. Zərbənin təsirindən həmin  avtomobil yol kənarında dayanan Eminov Nazimə məxsus "Toyota Prado" ilə toqquşub. Hadisə yerinə dərhal Yasamal Rayon Yol Polis İdarəsinin əməkdaşları gələrək baş vermiş qəza ilə bağlı araşdırmalar aparıblar.

Qəza ilə bağlı yolda sıxlıq yaranıb. 

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv