Rusiya "Böyük səkkizlik"dən çıxarıla bilər - SANKSİYA

Böyük Britaniyanın Baş naziri Devid Kemeron Rusiyanı yeni sanksiyalarla hədələyib. APA TV-nin məlumatına görə, o, Rusiyanın “böyük səkkizlikdən” xaric edilməsini də tələb edib. Devid Kemeron bəyan edib ki, Ukraynanın cənub-şərqində separatçıların qəsb etdikləri əraziləri genişləndirmək cəhdi cavabsız qalmayacaq.

 

“Yaxın günlərdə biz G-8 ölkələri ilə gələcək addımlarımızı müzakirə edəcəyik” - deyə, Kemeron bildirib.

 

Müəllif | Apa.Tv