Debaltsevo yaxınlığında şiddətli toqquşmalar davam edir

Ukraynada Minsk Müqaviləsinin ən mühüm maddələrindən olan "tərəflərin ağır silahlarını geri çəkməsi" şərtinə əməl olunmur. APA TV-nin məlumatına görə, separatçıların nəzarətindəki Debaltsevo yaxınlığında şiddətli toqquşmalar hələ də davam edir. Rəsmi Kiyev son 24 saatda daha 2 əsgərinin öldüyünü açıqlayıb.

 

Ölkənin şərqindəki separatçılara qarşı davam etdirilən əməliyyatların idarə olunduğu Terrorla Mübarizə Mərkəzindən Anatoli Stelmah verdiyi açıqlamada vurğulayıb ki, Ukrayna ordusu bölgədə atəşkəsi təmin etdikdən sonra ağır silahları geri çəkəcək.

 

Stelmah qeyd edib ki, Minsk sazişinin pozulmasına səbəb seperatçılardır. Onun sözlərinə görə, daha əvvəl ağır silahları geri çəkəcəklərini deyən separtçılar sonradan bu fikirlərindən daşınaraq hücum mövqeyinə keçiblər.

 

Müəllif | Apa.Tv