Cəlilabadda ağır qəza: 3 gənc öldü

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, Ələt-Astara magistralının 122-ci kilometrliyində, Cəlilabadın Alar kəndi ərazisində Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Elmar Adil oğlu Ələkbərovun idarə etdiyi "Froland " markalı kiçik tutumlu yük avtomobili həmyerlisi, 20 yaşlı Aslan Azər oğlu İsmayılzadənin idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub.

 

"Mercedes"in sürücüsü və sərnişinləri – Masallının Xıl kənd sakinləri, 1986-cı il təvəllüdlü Cəlal Alim oğlu Məhərrəmov və 1987-ci il təvəllüdlü Zamin Abdulla oğlu Abdullayev aldıqları xəsarətlərindən hadisə yerində ölüblər.

 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri tərəfindən onların deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Avtomobildəki digər 2 sərnişin - Masallı rayon sakinləri Kamran Şükürov və Zamin Nurullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qəzaya yolun buzlu və sürüşkən olması səbəb göstətilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv