Bakıda avtobusda cibgirlik edən şəxs yaxalanıb

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış və İstintaq Şöbələri əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində 155 saylı xətt avtobusunda Bakı şəhər sakini Şamil Həsənovun  270 manatını və sənədlərini cibgirlik yolu ilə talamaqda şübhəli bilinən 1971-ci il təvəllüdlü Rafik Sadirbəy oğlu Şəydabəyov tutulub. Saxlanılan şəxs əməlini etiraf edib. O, cibgirlik etmək barədə təklifin tanışları ilə yeyib-içərkən irəli sürüldüyünü deyib: "Dedilər ki, 8 min var. Mindim avtobusa, baxdım ki, pul az qalır cibindən düşsün. Götürdüm, sonra da tutuldum".

 

Şübhəli şəxsin üzərindən 5,41 qram marixuana aşkarlanıb. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv