Fətullah Gülən haqqında həbs qərarı!

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu da daxil olmaqla 101 nəfərin telefonlarının gizli şəkildə dinlənilməsi faktının araşdırması davam edir. APA TV-nin məlumatına görə, İstanbul məhkəməsi bu cinayət işi ilə əlaqədar prokurorluğun təqdimatı əsasında Fətullah Gülən haqqında həbs qərarı çıxarıb. Bununla da nurçuluq təriqətinin rəhbəri haqqında çıxarılan həbs qərarlarının sayı ikiyə çatıb. İstanbul şəhər prokuroru İrfan Fidanın məhkəməyə təqdim etdiyi iddianamədə Fətullah Gülən silahlı terror təşkilatı yaratmaq və idarə etmək, Türkiyə hökumətini devirmək, dövlət sirrinə aid edilən məlumatları siyasi və hərbi casusluq məqsədilə əldə etmək maddələri ilə ittiham olunur.

Müəllif | Apa.Tv
Apa.tv