Tanışının maşınını satan şəxs: "Həmin pulla borclarımı qaytardım"

Binəqədi rayonunda dələduzluqda təqsirləndirilən şəxs yaxalanıb. APA TV-nin xəbərinə görə, saxlanılan Məmmədov Ələmdar Əli oğlu özgənin əmlakını mənimsəməkdə təqsirləndirilir. Ələmdar Məmmədov Şəfa Qasımova məxsus "HOWA" markalı,  90 TJ 264 dövlət nömrə nişanlı yük maşınını 20.000 manata sataraq, pulunu mənimsəyib. Saxlanılan şəxs ifadəsində bildirib ki, avtomaşını satmağı ondan sahibi istəyib. Yük maşını etibarnamə verilmədən satılıb, pulu alınıb, sənədləşmə işləri isə növbəti həftəyə təyin olunub. Bundan xəbər tutan "HOWA"-nın sahibi polisə müraciət edib: "Maşını 1-2 gündür, satmışam, pulu ilə borclarımı ödəmişəm".

 

Saxlanılan şəxs həmin pullarla borclarını qaytarıb. Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv