Bakıda "BMW" 33 yaşlı piyadanı vurub öldürdü
Ötən gecə Bakının Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində "BMW" markalı avtomobillə hərəkətdə olan sürücü yolu keçmək istəyən 33 yaşlı Xaliq Telman oğlu Əmirəliyevi vurub. Piyadanı vurduğunu görən sürücü dərhal Təcili Tibbi Yardım Xidmətinə məlumat verib. Ağır xəsarətlər alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən yolda keçinib.
Piyadanın ölümünə səbəb olan "BMW" markalı avtomobilin sürücüsünə gəlincə, o, artıq Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.