Qubada 22 yaşlı qız qonşusunu bıçaqlayıb
Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatlna görə, Quba rayon sakini, 22 yaşlı Əsədova Aynur Rahim qızı qonşusu, 49 yaşlı Məmmədov Elçin Mövlud oğlunu bıçaqlayıb.
Xəsarət alan Elçin Məmmədov Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona sağ bel, sağ qoltuqaltı və sol kürəyinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. İki qonşu arasında yaranan mübahisəni Quba rayon Məhkəməsi araşdırıb və hər iki şəxsi inzibati qaydada cərimənib. Məhkəmədən sonra tərəflər arasında yaranan mübahisə isə qanlı sonluqla bitib.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.