Türkiyədə iki hərbi təyyarə qəzaya uğrayıb
Türkiyədə iki hərbi təyyarə qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, təyyarələrdə olan dörd əsgər həlak olub.
Hadisə Malatya vilaytətində baş verib. Ağdağ qəsəbəsi üzərində kəşfiyyat uçuşu həyata keçirən təyyarələrlə əlaqə kəsilib. Təyyarələrin qalıqlarının bir-birinə yaxın ərazidən tapılması onların toqquşduğu ehtimalına əsas verir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada qəzanın baş verdiyi və dörd hərbçinin həlak olduğu bildirilsə də, qəzanın təfərrüatı açıqlanmır.