Xaçmazda "Ford" yoldan çıxdı, içkili sürücü ölümdən döndü

Xaçmaz-Quba yolunun 15-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosuna verilən məlumata görə, Köhnəxaçmaz kənd sakini, 39 yaşlı Laçın Abdulkərimovun idarə etdiyi "FORD" markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisədən dərhal sonra sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə sağ baldır sümüklərinin yuxarı 3-də birininin qapalı sınığı, sağ topuq oynaq nahiyəsinin və alının sol tərəfinin cırılmış-əzilmiş yarası diaqnozu qoyulub. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün içkili olmasıdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan