İraqda İŞİD-ə silah daşıyan ingilis təyyarələri vurulub

İraq hərbçiləri Böyük Britaniyaya məxsus 2 təyyarəni vurublar. APA TV-nin xəbərinə görə, bunu İraq Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Əl-Zameli açıqlayıb. Xəbəri İran mətbuatına istinadən ABŞ mediası yayıb. Məlumatda bildirilir ki, Əl-Zameli İraq ordusunun İŞİD terrorçularına silah daşıyan iki ingilis təyyarəsini Əl-Ənbar bölgəsində vurduğunu deyib. O, "İraq Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsi İŞİD-ə silah daşıyarkən vurulan iki ingilis təyyarəsinin fotolarını əldə edib. İraq parlamenti bu məsələ ilə bağlı Londondan açıqlama istəyib", deyə bildirib.

 

Əl-Zameli Bağdad hökumətinə Əl-Ənbar xalqı və təhlükəsizlik qüvvələri tərəfindən davamlı olaraq məlumat ötürüldüyünü söyləyib. Onun sözlərinə görə, gələn məlumatlardan görünür ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus təyyarələr İŞİD terrorçularının nəzarətində olan torpaqlara silah daşıyır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı