Azərbaycanda bir neçə nəfərdən silah-sursat götürülüb
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir neçə nəfərdən silah-sursat götürülüb. Nazirlikdən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini Rəşad Səfəralıyev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdən alışdırıcıları ilə birlikdə 2 ədəd əl qumbarası və 58 ədəd müxtəlif çaplı patron aşkarlanıb.
Polis əməkdaşları tərəfindən saxlanılan Şamaxı şəhər sakini Xəlil Məmmədovun da evindən alışdırıcıları ilə birlikdə 2 ədəd qumbara və 50 ədəd müxtəlif çaplı patron tapılıb.
Baş İdarəyə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Silkcoat" tikinti materialları mağazasında istifadə müddətləri bitmiş tikinti materiallarının satılması barədə məlumat daxil olub. Mağazaya baxış keçirilib. Oradan istifadə müddətləri bitmiş külli miqdarda müxtəlif çeşiddə "Silkcoat" əmtəə nişanlı tikinti materialları aşkarlanaraq, satışdan çıxarılıb.