Balakəndə sərxoş ər arvadını bıçaqlayıb

Balakəndə sərxoş kişi arvadını bıçaqlayıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Hənifə kəndində qeydə alınıb. Evə sərxoş vəziyyətdə gələn 1988-ci il təvəllüdlü Tural Qaçayev həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elza Qaçayeva ilə mübahisə edib, ona bıçaqla xəsarət yetirib. Elza Qaçayeva Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Tural Qaçayev saxlanılıb, faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov