Goranboyda iki maşın toqquşdu, ağır yaralılar var
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 25-də saat 15.00 radələrində Goranboy-Ağcakənd yolunun 12-ci kilometrliyində, rayonun Səfikürd kəndində qeydə alınıb. Kənd sakini, 57 yaşlı Sərdar Həsənov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə həmyerlisi Rauf Şərifovun idarə etdiyi “Ford Tranzit” markalı yük maşını toqquşub. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxıb və deformasiyaya uğrayıb. Qəza nəticəsində minik maşının sürücüsü ağır bədən xəsarətləri ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti orta ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.