Bakıda oğul atasını bıçaqlayıb

Bakıda oğul atasını bıçaqlayıb. APA TV-nin məlumatına görə, paytaxt sakini, 57 yaşlı Sadıqov Elman Ağaverdi oğlu çoxsaylı bıçaq xəsarəti ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara alan Elman Sadıxov dərhal əməliyyata götürülüb. Hadisə barədə polisə məlumat verilib. Məlum olub ki, 57 yaşlı kişi yaşadığı 20 sahə, Yurbəy Mürsəlov küçəsindəki evində bıçaqlanıb. Onu bıçaqlayan isə doğma oğlu Kamildir. Polislər tərəfindən saxlanılan Kamil Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.

Qanlı hadisəni Səbail Rayon Polis İdarəsi araşdırır.

Müəllif | Apa.Tv