Putin: "Ukraynanın Donbasa qazı nəqlini dayandırması soyqrımıdır"
Ukrayna hökuməti ölkənin şərqində separatçıların nəzarətindəki bölgələrə təbii qazın verilişini dayandırıb. APA TV-nin məlumatına görə, Moskva rəhbərliyi separatçı bölgələrə veriləcək qazın haqqını ödəyəcəyi ilə bağlı Ukraynaya nota göndərsə də, Ukrayna Rusiyanın təklifini qəbul etməyib.
Rusiya prezidenti Vladimir Putin Ukraynanın bu addımını "soyqırımı" kimi qiymətləndirib. Rusiya oktyabr ayında "Qazprom" və "Naftoqaz" arasında imzalanan müqavilənin Donetsk və Luqanska verilən qazı da əhatə etdiyini bəyan edib. Ukrayna isə bölgənin nəzarətdə olmadığını əsas göstərərək, bu öhdəlikdən imtina edib.