Hindistanda 935 nəfər “donuz qripi”dən ölüb
Hindistanda “donuz qrip”ndən (H1N1) ölənlərin sayı 935 nəfərə çatıb. APA TV-nin məlumatına görə, xəstəliyə 16 mindən çox insan yoluxub.
Hindistanın səhiyyə naziri Caqat Prakaş Nadda vəziyyətin ciddi olduğunu bildirərək vətəndaşları təşvişə düşməməyə çağırıb. “Hökumət virusun yayılmaması üçün bütün lazımı tədbirlər görür”, deyə nazir bildirib.
Qeyd edək ki, “donuz qrip”inə yoluxma halları Hindistanın 28 ştatından 22-də qeydə alınıb.