Xocalı soyqırımının ildönümünə həsr olunmuş yürüş keçirilib
Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş yürüş keçirilib. APA TV-nin məlumatına görə, səhər saat 4:30-da "Ana fəryadı" heykəlindən başlanan yürüş Milli Dənizkənarı Parkında başa çatıb. Yürüşün sonunda havaya rəmzi şar buraxılıb. Yürüşdə Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.