“Nurgün”ün vitse-prezidentinin meyiti oteldə tapılıb

Salyan Olimpiya idman kompleksində “Nurgün” şirkətlər qrupunun vitse-prezidentinin Müşfiq Səfiyevin meyiti aşkarlanıb. İlkin məlumata görə, şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona ezam olunan Müşfiq Səfiyev kompleksin mehmanxanasında qalıb. Bir müddətdən sonra qapının döyülməsinə və telefon zənglərinə cavab vermədiyindən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olublar və şirkət rəsmisinin meyitini görüblər.

 

Tanınmış şair Əli Vəkilin oğlu olan 50 yaşlı Müşfiq Səfiyevin yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün beyninə qan sızdığı ehtimal olunur.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı Salyan rayon prokurorluğunda araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı