Vitse-spiker: "Ermənilər girovları çox saxlaya bilməyəcəklər"
"Kəlbəcər Azərbaycanın əzəli torpağıdır və əgər iki nəfər öz doğmalarının qəbrini ziyarət etməyə gedibsə, bunda cinayət ola bilməz".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov bildirib ki, Kəlbəcərdə girov götürülən azərbaycanlıların azad edilməsi ilə bağlı ciddi işlər görülür: "Mən güman etmirəm ki, ermənilər o girovları çox saxlaya biləcəklər. Bilirsiniz, bu yaxınlarda ABŞ dövlət katibinin müavini Bakıda, İrəvanda bəyanat verdi. Onlar maraqlıdırlar ki, azərbaycanlı girovlar qaytarılsın. Amma biz istərdik ki, bu sözlər bəyanat kimi deyilməsin. Bu bəyanatın arxasında bir iş olsun. Yəni Ermənistana təzyiq göstərilsin ki, bu şou məhkəmələr olmasın".
Girovlardan birinin Rusiya vətəndaşı olduğunu xatırladan Ziyafət Əsgərov təəssüf hissi ilə bildirib ki, bu günə qədər Rusiya tərəfi vətəndaşına sahib çıxmayıb.