BMT-nin mənzil-qərargahının qarşısında Xocalıya həsr olunmuş etiraz aksiyası keçirilib

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Nyu-Yorkda, BMT-nin mənzil-qərargahının qarşısında etiraz aksiyası keçirilib. APA TV Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyə diasporlarının nümayəndələrinin iştirak etdiyi aksiya daha sonra BMT-nin mənzil-qərargahı qarşısında davam etdirilib.

 

Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnlinin məhkum geyimində və Ermənistan prezidenti Serj Sarkisyanın maskası ilə qatıldığı aksiyada Azərbaycan ərazilərinin işğaldan azad olunması tələb edilib, "Xocalıya ədalət!" şüarı səsləndirilib.

 

Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri bildirib ki, Xocalı soyqırımının tanınması üçün BMT-nin baş katini Ban Ki Muna, eləcə də, BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının sədrlərinə məktubla müraciət edilb.

 

Aksiyada bəyan edilib ki, Xocalıda baş verənlər dünya standartlarına görə soyqırımıdır.

 

Aksiya bəyannamənin oxunması ilə başa çatıb və heç bir insident qeydə alınmayıb.

 

Müəllif | Apa.Tv