“Səba" quş əti fabrikinin qapılarını ictimaiyyətə açır
Son zamanlar broyler toyuqlarının yetişdirilməsi ilə bağlı ictimaiyyətdə yaranmış narahatlığı aradan qaldırmaq üçün "Səba" ilk addım atır. Şirkət Şabranda yerləşən quş əti istehsalı müəssisəsinin qapılarını ictimaiyyətin üzünə açır. Martın 2-dən başlayaraq, hər gün 20 Yanvar metrostansiyasının qarşısından “Səba” avtobusları Şabrana yola düşəcək. "Səba" toyuqlarının kəsim, təmizlənmə, qablaşdırma proseslərini öz gözləri ilə görmək istəyən hər bir ictimaiyyət üzvü buradan Səba quş əti istehsalı fabrikinə aparılacaq. Müəssisə ilə tanışlıqdan əlavə, istəyənlər “Səba” məhsullarını yerindəcə daha aşağı qiymətə əldə etmək imkanı qazanacaqlar. "Səba" avtobusları ilə müəssisəyə getmək istəyənlər 1 gün əvvəlcədən «Səba" ofisinə zəng edib qeydiyyata düşməlidirlər. İstehsal prosesinin təhlükəsizliyi üçün hər bir kəs şəxsiyyət vəsiqəsi ilə qeydə alınacaq. Qeydiyyat üçün ekranda göstərilmiş telefon nömrəsinə zəng edin. Müəssisəyə daxil olan şəxslərin sanitariya qaydalarına riayət etməsi ciddi nəzarətdə olacaq.
Qeyd edək ki, Səba Azərbaycanda ilk və hələlik yeganə dövlət halal standartından keçmiş şirkətdir.
Qeydiyyat üçün zəng edin: (012) 448-16-01 0502718351