Sergey Lavrov: "Bəzi qərb ölkələri "soyuq müharibə"nin başlanmasında maraqlıdır"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Diplomatik Akademiyada çıxışı zamanı hazırda Rusiya ilə Qərb arasında mövcud olan vəziyyəti şərh edib. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, tərəflər arasında "soyuq müharibə"nin başlanması üçün heç bir səbəb yoxdur. Amma bəzi qərb paytaxtları bunda maraqlıdırlar. ""Soyuq müharibə" bir zamanlar qütbləşmə ideologiyası səbəbindən yaranmışdı. O zamanlar vəziyyət tamam başqa idi. Hazırda bizim ideoloji problemlərimiz yoxdur. Biz hamımız qəbul olunmuş ümumi iqtisadi proqramlara və prinsiplərə riayət edirik, həmçinin dünyada ictimai-siyasi fikrin təşkilatlanmasına töhfəmizi veririk. Buna görə də ikinci "soyuq müharibə"nin başlanmasına heç bir səbəb yoxdur" deyə rusiyalı diplomat bildirib. Buna baxmayaraq Lavrov ad çəkməsə də bəzi qərb paytaxtlarının "soyuq müharibə"nin başlanmasında maraqlı olduqlarını da deyib.



 

Müəllif | Apa.Tv
Apa.tv