Türkiyə səfiri: “Ahıska türkləri vətənə qayıtmaqda israrlıdır”

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Saatlıda Ahıska türkləri ilə görüş  keçirib.
 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Nəsimi kəndində Türkiyə səfiri  İsmayıl Alper Coşkun, Dünya Ahıska türklərinin rəhbəri Ziyəddin Qasanov və Azərbaycan Ahıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Məmmədovun iştirak etdiyi  toplantıda həmin kənddən və rayonlardan  gəlmiş Ahıska türkləri ilə görüş keçirilib. Toplantının əsas mövzusu Ahıska türklərinin Gürcüstan respublikasında yerləşən tarixi torpaqlarına qayıtmasını sürətləndirilməsi və bu istiqamətdə aparılan işlərin görülməsində Türkiyə dövlətinin dəstəyi və iştirakını təmin etmək olub. 
 

"Bura gəlməkdə də məqsədimiz Ahıska türklərinin ata-baba yurdları olan Gürcüstana köçürülməsi istiqamətində hansı problemlərlə üzləşdiyini öyrənmək və bu istiqamətdə onlara yardımlar  etməkdir. Mən belə qənaətə gəldim ki, onlar istəklərində inadlıdırlar. Artıq bir çoxları Gürcüstana qayıtmaq üçün status alsalar da, bunun sayının artırılmasını, bir sözlə Gürcüstan vətəndaşlığı alanların sayının artmasını istəyirlər.
Bu yöndə bəzi problemlərin olduğunu da bilirik və biz onlara söz verdik ki, Gürcüstan dövləti ilə bu məsələlərin çözülməsində əlimizdən gələni edəcəyik. Artıq danışıqlar gedir.  Həm də hörmətli nazirimizin bu yöndə verdiyi tapşırıqlar əsasında bu gün biz burdayıq".

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı