Paytaxtda 46 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Ötən gecə paytaxtda qətl olub. APA TV-nin məlumatına görə, 46 yaşlı şəxs bıçaqlanaraq öldürülüb. Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Arzu Rzayev küçəsi ev 10, mənzil 19 ünvanında yaşayan 46 yaşlı İlham Feyzulini qonşuları küçənin ortasında yaralı halda görüblər. Kömək istəyən yaralı təcili yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Xəstəxanada məlum olub ki, İlham Feyzuli naməlum şəxs tərəfindən daxilə nüfuz edən 4 bıçaq zərbəsi alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq  çoxlu qan itirən yaralı dünyasını dəyişib.
Suraxanı rayon Polis İdarəsinin əməkdaşları qatilin axtarışını davam etdirir. 

Müəllif | Apa.Tv